Maşınının şəxsi köməkçisi.

Yağ, filtr, kolodka, sığorta, texniki baxış — CarMy hamısını izləyir və istehsalçının rəsmi cədvəlinə görə vaxtında xəbər verir. Xərclərin də bir yerdə.

Tezliklə App Store və Google Play-də.

Hər şey bir tətbiqdə

İstehsalçının rəsmi cədvəli

Detalların nə vaxt dəyişilməli olduğunu maşınının sahib kitabçasından götürürük — normal və ağır şərait (Bakı tıxacı, taksi) üçün ayrıca. "Sürətlər qutusu yağı heç dəyişilməyib" kimi gecikmələri dərhal görürsən.

Vaxtında xatırlatma

Sığorta, texniki baxış, yağ dəyişməsi — bildiriş, Telegram və ya e-poçt ilə.

Xərclər

Yanacaq, servis, cərimə, yuyulma. Çeki şəkildən oxuyur, aylıq və illik hesabat verir.

AI mexanik

Paneldə yanan lampanın şəklini çək, səsi təsvir et — nə olduğunu və nə qədər təcili olduğunu de.

Maşının pasportu

Satanda QR ilə bütün servis tarixçəsini alıcıya göstər — maşın daha baha satılır.

Ailə və sürücülər

Maşını ailə ilə paylaş, yeni sürücünün sürüşünü izlə, xərcləri birlikdə apar.

Qəza köməkçisi

Addım-addım nə etməli, yer məlumatı ilə təcili kontaktlara xəbər.

Premium

Bütün imkanlar açıq

  • Limitsiz maşın və detal
  • AI mexanik və şəkil analizi
  • İllik hesabat və ekoloji iz
  • Maşının QR pasportu
  • Ailə planı — 5 nəfərə qədər

CarMy Biznes

Taksi parkları, kuryer və şirkət maşınları üçün veb panel: bütün maşınlar, sürücülər, xərclər və gecikən servislər bir ekranda.

Müraciət et